COP29

Efirdə emosional anlar: “Mənə od vurduz, 4 il qocaltdız" - VİDEO

10 Sentyabr 17:40 Milli komanda 1 953
Efirdə emosional anlar: “Mənə od vurduz, 4 il qocaltdız" - VİDEO

"Fernandu Santuş və futbolçuları 4 gündə 4 il qocaltdılar məni”.

Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

Tanınmış telejurnalist Millətlər Liqasının C Divizionuna məğlubiyyətlə start verən yığmmızın üzvlərinin onu xəstəliyə saldığını söyləyib.

Baş məşqçi Fernandu Santuş və futbolçularını ağır dillə tənqid edən aparıcı İsveçə 1:3 hesabıyla uduzduğumuz qarşılaşmadan sonra halının pisləşdiyini açıqlayıb.

Rzayev penalti epizodunu qaçıran Ramil Şeydayevin, həmçinin onun komanda yoldaşlarının özlərini məsuliyyətsiz apardığını vurğulayıb: “Niyə qara geyinməliyəm, sakitləşdirici dərman içməliyəm?".

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?