COP29

“Tottenhem”in vingeri: “Azərbaycan millisi bizi ilk hissədə sıxdı”

10 Sentyabr 03:20 Milli komanda 1 123
“Tottenhem”in vingeri: “Azərbaycan millisi bizi ilk hissədə sıxdı”

“Azərbaycan millisi çox yaxşı komandadır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında İsveç millisinin futbolçusu Deyan Kulusevski UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Hazırda “Tottenhem”də çıxış edən vinger komandamız haqqında xoş sözlər söyləyib:

“Azərbaycan millisini yaxşı oyuna görə təbrik edirəm. Uğurlu futbolçulardan qurulmuş komandadır.

Bu matçda çoxlu enerji sərf etdik. Onlar da bizi ilk hissədə sıxdılar.

Şükür ki, qələbə qazandıq. Uşaqları təbrik edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?