Azərbaycan millisinin UEFA Millətlər Liqasının VI turunda İsveç yığmasına qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Solna şəhərindəki “Strouberri Arena”da baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Pavel Raçkovskiyə Radoslav Sieyka, Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Muts yerinə yetirəcək.
Noyabrın 19-da reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.