Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı VII qrupda İrlandiyaya uduzub.
Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda baş tutan oyun rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya da məğlub olub (0:2).
Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Moldova yığmasına qarşı keçirəcək.
İrlandiya - Azərbaycan 4:0
Qollar: Okosun, 7, Oça, 51, Aşbe, 70, Dillon, 78
Baş hakim: Miloş Milanoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Qennadi Lisita (Moldova)
Dördüncü hakim: İqor Boska (Moldova)
"Zimbru-2" stadionu, Kişinyov.
16:00. İslandiya - Moldova
Xallar: İslandiya - 3, İrlandiya - 1, Moldova - 1, Azərbaycan - 0.