Sabah yığmamız Millətlər Liqasının C Liqasında beşinci matçına çıxacaq.
I qrupda yer alan komandamız Estoniyanı qəbul edəcək.
Bu göruş, məlum olduğu kimi, Qəbələdə keçiriləcək (saat 18:00-da).
Saytımız sabahkı qarşılaşma ilə bağlı AFFA-dan şok məlumat əldə edib.
Redaksiyamıza verilən informasiyaya görə, federasiya dünən gecə saatlarında Qəbələyə təşrif buyuran qonaq komandanın bütün səfər xərclərini öz üzərinə götürüb.
Hətta onlar üçün sifariş olunan çprter reysinin məsrəfini də AFFA çəkib.
Qurumu külli miqdarda xərcə salan estoniyalı həmkarları olub. Belə ki, Estoniya Futbol Federasiyası bu görüşün əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakıda təşkilini istəyib.
Onlar bunun üstündə israr edib, başqa heç bir variantla razılaşmayıblar.
AFFA hazırda Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasını (COP29) əsas gətirərək, estonların Qəbələyə gəlişini təmin etməli olub.
Bu isə federasiyaya bir neçə yüz min dollar itki hesabına başa gəlib.
SPORTİNFO.AZ