COP29

İlkin Fikrətoğlu - Bizim milli həmişə udzmaq üçün bir günahkar tapır

11 Sentyabr 18:00 Milli komanda 1 085
İlkin Fikrətoğlu - Bizim milli həmişə udzmaq üçün bir günahkar tapır

Bizim milli həmişə udzmaq üçün bir əsas və səbəb, səbəbkar və günahkar tapır.

Bu dəfə də Ramil Şeydayevin badına getdik. Rəqibin bizə qalib gəlməsi sonrakı məsələdir.

Əsas odur ki, komandamız özü uduzmaq üçün əlindən, ayağından gələni edir. 2016-cı ilin Avropa çempionu, dünya ulduzu Kriştianu Ronaldonun da baş məşqçisi olmuş Fernando Santuş həzrətlərinin debütünü səbrsizliklə gözləyirdik.

Oyun ərəfəsi Santuş ətrafa pozitivlik saçırdı. İlk dəfə millinin heyətini məşqçinin öz dilindən media qarşısında açıqlanması, azarkeşləri stadiona səsləməsi, fanatlardan dəstək istəməsi ona rəğbəti artırmışdı.

Görünən bu idi ki. Santuş Berti Foqts və ya Canni de Bayzi kimi pulumuzu yeyib, bizi də aşağılamağa gəlməyib, aldığı məvacibin haqqını vermək üçün iş görmək istəyir.

Düzdür, İsveç qarşısına çxardığı start heyəti lə bağlı müəyyən müzakirələr açmaq olar, o da hara fırlasan, hansı futbolçunun oynayıb-oynamayacağı ilə bağlı hər iki tərəfin tutarlı arqumentləri var.

Mənə görə də, qapıda Rza Cəfərov və ya Yusif İmanova şans verilsəydi, daha yaxşı olardı.

Amma Mehdi Cənnətov da pis oynamadı. 3 qol buraxsa belə.

25 il əvvəl Dmitri Kramarenko Portuqaliyaya 0?7 uduzduğumuz matçda komandamızın ən yaxşı oyuncusu seçildiyi kimi.

“Bədavi Hüseynovla Abbas Hüseynov “Qarabağ”da ehtiyatda qalır” deyənlər, yəqin ki, yalnız avrokubok matçlarını nəzərdə tutur,

Premyer Liqada 4 turun hamısında həm Bədavi, həm Abbasın oynamasından xəbərsizdirlər, deyəsən.

“Əşşi, milli çempionat hara, avrokubok hara” deyib, keçmək də olmur.

Çünki “Qarabağ”dan başqa digər klubların oyuncuları - içi Ramil Şeydayevlə Emin Mahmudov qarışıq Azərbaycan Premyer Liqasından başqa nə oyun görür ki?

İsveç üzərində 1 il əvvəl 3:0 hesablı aləmə səs salan bir qələbimiz olmuşdu və o qələbə sabiq baş məşqçimiz Canni de Byazinin “qoltuqlarının qarpızlanması”na səbəb olmuşdu.

Onda çox dedik ki, sinyor de Byazi, qalibsən, afərin, amma İsveç yığması Bakıya gəzməyə gəlmişdi. AVRO-2024-ə vəsiqə əldən çıxıb deyə, onlar üçün bu oyunun heç bir əhəmiyyəti yox idi.

De Byazi isə həmin o aldadıcı qələbəyə söykənib, növbəti il üçün müqaviləsini artırmaq istəyirdi.

Axırda da Belçika millisi 5 cavabslz qolla onun gələcəyini müəyyənləşdirdi, şələ-küləsini götürüb getdi, indi də bizdən sonra ikinci bir hərif tapılmır ki, onu hansısa komandaya baş məşqçi gətirsin.

Byazinin dövründən fərqli olaraq, bu dəfə İsveç Bakıya daha motivasiyalı gəlmişdi. Yeni baş məşqçi Yon Dal Tomasson İsveç millisi ilə ilk böyük turnirdə özünü sübut etməkdə israrlıdır.

Bu Millətlər Liqası hec bir nəhəng turnirə vəsiqə vermədiyindən, bir növ yoldaşlıq oyunları xarakteri daşıyır və əsas məqsəd qarşıdakı dünya çempionatının seçmə mərhələsi ücün optimal heyət formalaşdırmaqdır.

Həmin heyətdə olacağı şübhə doğurmayan futbolçular isə vurduqları qollarla Azərbaycan millsiylə matçın taleyini həll etdilər.

Mənə görə, hesab oyuna görə olmadı. Millimiz bu matçda azı 1 xal qazana bilərdi.

Ramil Şeydayev oyunun əvvəlində 5-6 saniyənin içində ardıcıl 3 dəfə yaxın məsafədən qapıya düşə bilmirsə, buna yazıq məşqçi neyləsin?

İki dəfə qapı tiri və dirəkdən dönən zərbələrimiz şansızlıq idisə, Ramil Şeydayevin penalti epizoddakı hərəkəti tərbiyəsizlik, intizamsızlıq idi.

Komandanın baş məşqçisinin qərarına, kapitanın fikrinə məhəl qoymadan, zorla topu cığal uşaqlar kimi alıb penalti vurmaq nə deməkdir axı?

Komandada Toral Bayramov var, “Qarabağ”ın həyəcanın pik vəziyyətdə olduğu avrokubok oyunlarında soyuqqanlıqla dəqiq penaltilər vurub.

Komandada kapitan Emin Mahmudov var, təcrübəsi həyəcanı üstələməyə imkan verir.

Renat Dadaşov var, anadankeçmə alman soyuqqanlığı var.

Şeydayev, sən axı, nəyinə arxayın olub, bu məsuliyyəti üzərinə götürürsən və pijonsayağı zərbə vurursan?

Emin Mahmudovla “Neftçi”dəki probleminizi milliyə daşımayın, gedin, problemi öz aranızda həll edin, ölkənin adına məğlubiyyətlər yapışdırmayın.

Hələ Emin Mhamudovun dediyinə bax: “Ramil penaltini vurmaq istədiyini dedi və mən də topu verdim. Faciə deyil”.

Faciədir, özü də lap böyüyündən! Milli komanda ərköyün, çətin tərbiyə olunan uşaqların yeri deyil.

Sən kapitansan, qətiyyətini də ortaya qoymalısan. Eyni sözlər Santuş müəllimə də aiddir. Portuqaliya yığmasında Ronaldosayağı yekəbaşlıq görmüsüz, yəqin ki.

Hələ ki, o, dünya ulduzu Ronaldodur, amma ona da baş məşqçiyə hörmətsizlik etmək olmaz.

O ki qala Ramil Şeydayev ola. Əgər birinci oyunda komandanın “ip”ini belə əlindən vermisənsə, axırın hec yaxşçı görünmür, Santuş müəllim.

Ümid edirəm ki, bu məğlubiyyət də, Şeydayevin bu hərəkəti də portuqaliyalı məşqçi üçün bir siqnal oldu.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?