COP29

Azərbaycan komandası Türkiyə ilə bərabərə qaldı

13 Sentyabr 03:10 Milli komanda 281
Azərbaycan komandası Türkiyə ilə bərabərə qaldı

Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində Türkiyənin U-17 komandası ilə qarşılaşıb.

Kocaelidəki "Darıca" stadionunda keçirilmiş görüş 0:0 hesabı ilə başa çatıb.

Sentyabrın 9-da təşkil edilmiş ilk görüşdə isə Türkiyə 4:0 qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə