COP29

"Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram"

20 Noyabr 02:30 Milli komanda 420
"Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının sonuncu turu çərçivəsində İsveçə 0:6 hesabı ilə uduzmaqları haqda danışıb.

Sportinfo.az xəbər verir ki, yığmamız C Liqasının 1-ci qrupunda 1 xalla 4-cü yeri tutub.

Komandamız öz liqasında ən pis nəticə göstərən 2 komandadan biri kimi D liqasına yuvarlanıb.

F.Santuş isə bu biabırçı nəticəni belə şərh edib:

“Matça yaxşı hazırlaşmışdıq. Rəqibin hücumda iki güclü futbolçusu olduğunu bilirdik.

Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Oyuna yaxşı başlamadıq, tez qol buraxdıq sonradan vəziyyəti dəyişə bilmədik. Biz də hücumda iki sürətli futbolçuya şans vermişdik.

Həm strategiya, həm də futbolçular mən tərəfdən seçilib. Bütün məsuliyyət mənim üzərimdədir.

Bu görüş həm mənim, həm də komandam üçün dərs olmalıdır. Bundan nəticə çıxarmalı və öz üzərimizdə daha çox çalışmalıyıq.

İnanıram ki, nəyisə dəyişmək olar.

Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram. Komanda üçün hər zaman əlimdən gələni edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!
20 Noyabr 01:50 I Liqa, yA TƏHQİRXANA?