COP29

"Tam istədiyimizi ala bilmədik, problemlərimiz çoxdur"

19 İyun 02:50 Milli komanda 641
"Tam istədiyimizi ala bilmədik, problemlərimiz çoxdur"

"U-21-də olduğum müddət ərzində 50-dən çox futbolçuya şans vermişik.

Son iki oyunda da həm futbolçulara baxmaq, həm də sistemdə dəyişiklik etmək istəyirdim".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Samir Əliyev Slovakiya və Bolqarıstanla keçirdikləri yoldaşlıq görüşlərini dəyərləndirərkən deyib.

O, rəqiblərin yetərincə yaxşı səviyyədə olduğunu söyləyib:

“Yoldaşlıq oyunları olduğu üçün yeni futbolçular dəvət etdik. Rəqiblər də yetərincə yaxşı səviyyədə idilər. Hər dəfə güclü rəqiblərlə oynamağa çalışırıq ki, uşaqlar təcrübə toplasınlar. Sentyabrda Avropa çempionatının seçmə mərhələ oyunları var. 11 gün ərzində toplanışdan faydalanmağa çalışdıq. Düzdür, tam istədiyimizi ala bilmədik. Problemlərimiz çoxdur. Ümumilikdə isə razıyam, baxmayaraq ki, qələbə qazana bilmədik. Hesab vacibdir, qələbə qazanmaq gözəl hissdir, təəssüf ki, alınmadı. Zədə səbəbindən oynamayan futbolçuların - Camal Cəfərov və Veysəl Rzayevin yerinə başqalarını meydana buraxdıq”.

Baş məşqçi qarşıda təlim-məşq toplanışı və yoldaşlıq görüşü gözlənilmədiyini nəzərə çatdırıb:

“Futbolçular öz klublarında hazırlaşacaqlar. Ola bilər, kimlərsə klublarını dəyişəcək. Sentyabrda yaxşı formada olmalıdırlar. Seçmə mərhələ oyunları ərəfəsində hər birini daha yaxından izləyəcəyik”.

Toplanış çərçivəsində iki yoldaşlıq matçı keçirən S.Əliyevin rəhbərlik etdiyi komanda iyunun 7-də səfərdə Slovakiyaya 2:3 hesabı ilə məğlub olub. Komanda ötən gün “Liv Bona Dea Arena”da Bolqarıstanla heç-heçə edib - 0:0.

Digər Xəbərlər
Xəbər Lenti