Komandamız Fransanı Gəncədə qəbul edəcək, yoxsa..?

1 Aprel 01:20 Milli komanda 780
Komandamız Fransanı Gəncədə qəbul edəcək, yoxsa..?

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsinə hazırlıq işləri aparılır.

Sportinfo.az xəbər verir ki, qol.az-ın əldə etdiyi məlumata görə, hazırda AFFA qarşısında duran əsas vəzifələrdən biri də milli komandanın ev oyunlarını keçirəcəyi məkanı müəyyənləşdirməkdir.

Bu gün üçün rəqibləri qəbul edəcək dörd namizəd stadion var. Bunlar Tofiq Bəhramov adına Respublika stadionu, “Neftçi Arena” və Mərdəkandakı “Liv Bona Dea” arenadır.

Lakin DÇ-2026-da Azərbaycan millisinin sonuncu rəqibinin Fransa olmasından sonra, görüşə mümkün yüksək marağı nəzərə alan AFFA sırf bu oyunu isə Bakı Olimpiya Stadionunda təşkil etmək variantını da nəzərdən keçirir.

Hələlik ev stadionları ilə bağlı yekun qərar verilməyib. Bununla belə, yekun siyahı tezliklə UEFA-ya göndərilməlidir.

Matçlardan birinin Gəncə stadionunda keçiriləcəyi barədə sosial mediada yayılan xəbərlər həqiqəti əks etdirmir.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa, Ukrayna və İslandiya komandaları ilə mübarizə aparacaq.

Millimizin oyunlarının təqvimi aşağıdakı kimidir:

5 sentyabr

22:45. İslandiya - Azərbaycan

9 sentyabr

20:00. Azərbaycan - Ukrayna

10 oktyabr

22:45. Fransa - Azərbaycan

13 oktyabr

22:45. Ukrayna - Azərbaycan

13 noyabr

21:00. Azərbaycan - İslandiya

16 noyabr

21:00. Azərbaycan - Fransa

Digər Xəbərlər
Xəbər Lenti
15:50 Son gün