COP29

Azərbaycan yğımasının qapıçısı Qırğızıstan klubu ilə müqavilə bağladı

22 Mart 2017 19:12 Milli komanda 1 234
Azərbaycan yğımasının qapıçısı Qırğızıstan klubu ilə müqavilə bağladı

Premyer-liqada klubların sayı azalandan sonra ölkə xaricinə üz tutan gənc futbolçuların sayında artım müşahidə olunmaqdadı. Ölkə daxilində özünə klub tapmayanlar, müxtəlif səbəblərdən diqqətdən kənarda qalanlar Türkiyənin, Gürcüstanın aşağı dəstə təımsilçilərinə üz tutur, orda özünü göstərib yenidən Premyer Liqa klublarının diqqətini cəlb etmək istəyir.

Sportinfo.az xəbər verir ki, vaxtilə “Bakı”, AZAL və “Zirə”nin şərəfini qorumuş, daha çox ehtiyat qapıçı kimi tanınan Elməddin Məmmədov da belələrindəndi. Müxtəlif yaş qrupları üzrə yığmalara cəlb olunan qolkiper bir ara ölkənin perspektiv vəd edən qapıçılarından sayılırdı. Lakin daimi oyun praktikasının olmaması onun daha da inkişaf etməsinə mane oldu. Elə bu üzdən də 22 yaşlı “çərçivə qoruyucusu” legioner həyatı yaşamağa qərar verib.

Təxminən 10 gün öncə Elməddin Qırğızıstanın “Alqa” klubu ilə müqavilə bağlayıb. Bu haqda bilgini futbolçunun meneceri İman Həsənovdan aldıq. İman bəyin sözlərinə görə, 5 qat Qırğızıstan çempionu Elməddini əsas qapıçı kimi rənglərinə bağlayıb. Ötən mövsümü 3-cü pillədə başa vuran Bişkek təmsilçisi apreldə start götürəcək yeni “futbol ili”ndə qarşısına çempion olmaq məqsədi qoyub (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 08:40 Siqaret yenə bahalaşır