COP29

Azərbaycanlı futbolçunu Ronaldoya oxşatdılar: “O, öz Klozesini tapıb”

4 Noyabr 08:40 Milli komanda 695
Azərbaycanlı futbolçunu Ronaldoya oxşatdılar: “O, öz Klozesini tapıb”

Mahir Emreli Almaniyada üçüncü qolunu ölkə kubokunda vurub.

Sportinfo.az xəbər verir ki, həmyerlimizin şərəfini qoruduğu “Nürnberq” 1/16 final oyununda səfərdə I bundesliqa təmsilçisi “Hoffenhaym”a uduzmaqla mübarizəni dayandırıb - 1:2.

II Bundesliqa komandasının yeganə qolunun müəllifi 81-ci dəqiqədə əvəzlənən Emreli olub. Bu üzdən Almaniya mətbuatı qonaqların məğlubiyyətindən bəhs edərkən, ytığmamızın üzvünün çıxışını dəyərləndirib.

“Bild”in reportyoru Marko Verzinger onun haqda bu qeydləri edib:

“Stefanos Simas və Mahir Emreli... Möhtəşəm duet...

Onlar artıq qollarını meqaulduz Kriştiano Ronaldo kimi qeyd edir. Tullanırlar və qollarını çarpazlaşdırırlar.

İndi “Nürnberq” hücumlarda çox fəaldı və artıq qol vurmaq çətin sınaq deyil. Görünür, Miroslav Kloze öz Klozesini tapıb.

Xristof Daferner, Dayçi Hayaşi, Manuel Vintzheymer kimi uğursuz hücumçulardan sonra “Nürnberq”də belə hərəkətlilik görmək çox yaxşıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...