COP29

Yığmamız albanlar tərəfindən darmadağın edildi

20 İyun 02:30 Milli komanda 1 089
Yığmamız albanlar tərəfindən darmadağın edildi

Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası ikinci yoldaşlıq görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində növbəti dəfə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Eqnatia Arena”da təşkil olunan matç Albaniya yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Əli İbrahim vurub.

Bu komandalar arasında iyunun 17-də keçirilən ilk yoldaşlıq görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?