COP29

AFFA-nı sərt tənqid etdi: “O, tükənmiş qocadır, heç nə edə bilməyəcək”

1 İyul 11:40 Milli komanda 1 880
AFFA-nı sərt tənqid etdi: “O, tükənmiş qocadır, heç nə edə bilməyəcək”

“Fernandu Santuş ad olaraq yaxşıdır, amma fəaliyyət olaraq tükənmiş biridir”.

Bunu “Sportinfo TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “cebhe.info”ya açıqlamasında deyib.

Ekspert xatırladıb ki, ötən ilin dekabr ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən yığmamıza baş məşqçi təyin olunması üçün namizədlərlə bağlı İşçi Qrupu yaradıldığı elan olundu:

“Həm dekabr, həm də aprel aylarında millimizin baş məşqçi postu üçün namizədin olduğu və onunla danışıqlar aparıldığı açıqlanmışdı.

Lakin geridə qalan dövr isə AFFA rəhbərliyinin yalan danışdığını göstərdi. Onlar bu açıqlamalarla sadəcə ictimaiyyəti “yola verməklə” məşğul idi.

Baş məşqçi təyinatının gecikməsi ilə bağlı futbol ictimaiyyəti təzyiq göstərməyə başladılar. Elə görüntü yaratmışdılar ki, guya Joze Mourinyo ilə danışıqlar apardıqları üçün proseslər uzanır”.

Ekspert Santuşa görə AFFA-nı tənqid etdi:

Onun fikrincə, Fernandu Santuşun Azərbaycan millisi üçün doğru seçim deyil:

“Düşünürəm ki, Fernando Santuş uğursuz seçimdir. Biz İsveçrə və Portuqaliya deyilik ki, hansısa dünyaca məşhur mütəxəssis gələrək qurduğu sistemlə burada fəaliyyət göstərsin.

Əslində, biz mentalitetimizə uyğun şəxslərlə çalışmalıyıq. Məncə, bizi tanıyan mütəxəssislə anlaşmalı idik.

Amma AFFA rəhbərliyi tükənmiş qoca bir mütəxəssisi baş məşqçi postuna təyin etdi. Hansı ki, Santuşun son dönəmlərdə Polşa millisi və “Beşiktaş”dakı fəaliyyəti uğursuz idi”.

Elçin Cəfərov bildirib ki, Santuşdan heç nə gözləməyə dəyməz:

“O, rəqibə görə oyun planları müəyyənləşdirən məşqçidir. Belə bir məşqçidən heç nə gözləməyə dəyməz.

Polşalı həmkarlarımız da Fernandu Santuşun qərarlarından və oynatdığı futboldan narazılıqlarını ifadə edirdilər.

Mən onun Azərbaycan millisinə heç bir fayda verəcəyini düşünmürəm. Bunu gələcəyə hesablanmayan seçim adlandırıram”.

Həmsöhbətimiz AFFA rəhbərliyini də sərt sözlərlə tənqid edib:

“AFFA-dakı İşçi Qrupu necə dar çərçivədə düşünüb, müzakirə apardı ki, bu etirazla dolu bir adamı yığmamıza gətirdi?

Təəssüf ki, AFFA millini “yola verdi”. Amma Azərbaycan milli komandasını heç vaxt “yola vermək” olmaz. Əslində, bütün aşağı yaş qruplarına nəzarət edəcək mütəxəssis gəlməli idi.

Hətta AFFA-nın Santuşu təyin etdikdən sonra 2028-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində uğurlu çıxış etmək hədəfi də gülüncdür.

2028-ci ilin Avropa Çempionatına getmək üçün 19-20 yaşlılardan ibarət milli komandanın futbolçuları çox yaxşı oynamalıdırlar.

Amma bizim 19-20 yaşlı futbolçularımız çox pis oynayırlar. Çünki milli komandamız uğursuz zolaqdadır”.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO