
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində iştirak etməsini xəbər vermişdik.
Aqil Nəbiyevin komandası Estoniya və və Modovdan olan həmyaşıdlarına məğlub olub, Gürcüstan üzərində əldə olunan qələbə ilə yadda qalıb.
Təbii ki, sınaq matçlarında nəticə o qədər də önəm daşımır.
Bir çox hallarda ümumiyyətlə müzakirə olunmur.
Amma Nəbiyevin açıqlamalarında gördüyüm yanaşma xoşagələn deyildi.
Mütəxəssis bütün cəhdlə klubları tənqid hədəfinə gətirməyə çalışır.
Sanki futbolçular da, məxsus olduqları klublar da günahkardı, bircə ondan başqa.
Moldova ilə oyundakı məğlubiyyətdən sonra onun dedikləri: "futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var".
Və növbəti görüşdə milli Gürcüstana qalib gəlib.
2-3 günə fiziki və texniki bacarıqlar həll edildi?
Təbii ki, yox.
Deməli, fiziki və texniki durumdan çox, psixoloji vəziyyət yerində deyil.
Yanaşmada nöqsanlar var.
Necə olur ki, qrupun daha zəif iki komandasında - Estoniya və Moldovaya uduzan uşaqlar Gürcüstan kimi güclü yığmanı məğlub edir?
Fiziki hazırlıqdan, texniki bacarıqdan şikayət edib, məsuliyyəti klubların üzərinə atmaqdansa, yuxarıdakı suala cavab tapmaq daha faydalı olar.
SPORTİNFO.AZ