Tanınmış baş məşqçi Azərbaycan yığmasını bu cür təqdim etdi

00:40 Milli komanda 187
Tanınmış baş məşqçi Azərbaycan yığmasını bu cür təqdim etdi

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Fransa, İslandiya və Azərbaycan yığmaları ilə birgə yer aldıqları qrupda hədəflərindən danışıb.

O, hər üç komandanın üstün cəhətlərini sadalayıb:

“Rəqiblər güclüdür, amma onlardan xal almaq mümkündür. Qrupumuzun favoriti son dünya çempionatının gümüş medalçısı Fransadır.

İslandiyada oynamaq çətindir. Onlar öz meydanlarında çox güclü oynayırlar.

Bir çox futbolçuları Top liqalarda çıxış edir. Azərbaycan yığması isə azarkeşlərini sevindirməyə çalışacaq.

Seçmə mərhələ öncəsi yoldaşlıq oyunları keçirməyi planlaşdırırıq. Azarkeşlər bizdən yaxşı oyun gözləyirlər. Çalışacağıq, mübarizə aparacağıq”.

Ukrayna millisi qrupda ilk oyunlarını sentyabrın 5-də evdə Fransa, 9-da isə səfərdə Azərbaycan yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:50 Çək və bizə göndər!