
“Neftçi”nin və Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov yutubda yayımlanan “Podkat” verilişinin qonağı olub.
Sportinfo,az xəbər verir ki, o, Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşçı keçirəcəyi oyunlardan danışıb.
Təcrübəli futbolçu həmin matçlarda millimizin xal qazanmaq şansının olmadığını bildirib:
“Bu matçda bizə Allah kömək etməlidir. Meydana 8 müdafiəçi və 2 hücumçu ilə çıxmalıyıq (gülür).
Ümumiyyətlə, yalandan deyək ki, Mbappeni bağlayacağıq, Dembeleyə oynamağa imkan verməyəcəyik, bu inandırıcı olmaz.
Sadəcə, bəzən qeyri-adi matçlar keçir. Məsələn, Portuqaliyaya qarşı elə oyun olmuşdu. Yəni ancaq elə ola bilər”.