“Əsas heyəti formalaşdırmağa çalışırıq, daha çox yeni oyunçuları yoxlayırıq”

02:50 Milli komanda 87
“Əsas heyəti formalaşdırmağa çalışırıq, daha çox yeni oyunçuları yoxlayırıq”

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Monteneqro ilə ötən gün keçirilən yoxlama matçını (1:1) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis “report”a açıqlamasında nəticənin önəmli olmadığını söyləyib.

“Monteneqroya qarşı oyun pis alınmadı. Ancaq hesab bizim üçün önəmli deyil.

Çünki yeni taktika üzərində çalışırıq. Daha çox kənarda qalan uşaqlara vaxt ayırmağa çalışırıq ki, onların durumlarını öyrənək.

Onların dünya çempionatında milliyə kömək etməsinin mümkün olub-olmadığına baxırıq. Qarşıda oyunlarımız var, hər futbolçuya şans yaradacağıq”, - deyə E.Quliyev vurğulayıb.

O, Bakıda keçiriləcək dünya çempionatı üçün əsas heyəti formalaşdırmağa çalışdıqlarını bildirib:

“İki turnirdə iştirak edəcəyik. Mayın 2-nə qədər təxminən 8-9 matç keçirəcəyik.

Bu məqsədlə Monteneqrodayıq. Əsas heyəti formalaşdırmağa çalışırıq. Bura 21 futbolçu ilə gəlmişik. Daha çox yeni oyunçuları yoxlayırıq".

Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 16:50 Çək və bizə göndər!
22 Aprel 12:00 Musa klub satın aldı
22 Aprel 11:00 Bir bax gör... TƏKLİF!
22 Aprel 08:40 "Mən razı qalmadım"
22 Aprel 03:00 İkisində də 2:1