
«Dünyanın heç bir ölkəsində baş məşqçiyə yaxşı məşq keçməsinə görə maaş verilmir».
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində AFFA rəhbərliyinə səslənib.
Tanınmış teleşərhçi bildirib ki, Fernandu Santuşun millidəki fəaliyyətinə qiymət verməyi gecikdirmək olmaz.
Xatırladıb ki, portuqaliyalının sükan arxasına keçməsindən sonra yığmamız ciddi böhran yaşayır, ötən 1 il ərzində keçirilən 8 oyundan yeddisində məğlubiyyət qeydə alınıb.
Abbasov deyib ki, 70 yaşlı əcnəbinin işi komandaya daha dərin böhran vəd edir, odur ki, federasiya onunla əlaqəli mövqeyini dəyişməlidir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN