Millinin yeni baş məşqçisi “Neftçi”nin evinə baş çəkdi, bir neçə nəfəri “gözaltı” etdi - FOTOLAR

10:40 Milli komanda 514
Millinin yeni baş məşqçisi “Neftçi”nin evinə baş çəkdi, bir neçə nəfəri “gözaltı” etdi - FOTOLAR

21 yaşadək futbolçulardan ibarət yığmanın yeni baş məşqçisi Ayxan Abbasov futbolçu axtarışını davam etdirir.

Martda AFFA ilə 2 illik müqavilə imzalamış mütəxəssis Premyer Liqa və I Liqa ilə yanaşı, Əvəzedicilər Liqasında forma geyinən gəncləri də diqqət mərkəzində saxlayır.

O, bu dəfə 22-ci turun «Zirə-2» - «Sumqayıt-2» qarşılaşmasını (2:1) canlı izləyib. Bunun üçün «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazasına üz tutan çalışdırıcı 90 dəqiqə tribunada öz yerini tutub.

Abbasov burada tək olmayıb. «Zirə»nin baş meneceri Elman Himayətoğlu, «Qarabağ-2»nin baş məşqçisi Cavad Mirzəyev və «Turan Tovuz»un sabiq icraçı direktoru Nadir Nəbiyev onunla birlikdə görüşü izləyib.

A.Abbasov saytımıza açıqlamasında bildirib ki, mayda U-21-in geniş tərkibli seleksiya prosesi keçiriləcək.

O, tamaşaçısı olduğu bu matçda bir necə oyunçunu gözaltı etdiyini, onları da qarşıdakı toplanışa çağıracağını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti