
Ukrayna millisinin sabiq baş məşqçisi Miron Markeviç komandanın DÇ-2026-nın seçmə mərhələsindəki şanslarını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 74 yaşlı mütəxəssis yer aldıqları qrupda yalnız Fransanın daha güclü rəqib olduğunu düşünür.
Markeviç İslandiya və Azərbaycan millilərini özlərinə rəqib saymır:
“Biz qrupda ən azı ikinci yeri tutmalıyıq. Pley-offda isə nələr baş verəcəyini bilmək olmaz.
Aydındır ki, Fransa ciddi səviyyəyə malikdir, amma futbolda hər şey ola bilər. Gəlin, müsbət nəticəyə ümid edək. Ancaq digər rəqibləri qabaqlamağa borcluyuq”.
D qrupunda yer alan millimiz Ukrayna ilə oyunlarını sentyabrın 9-da evdə, oktyabrın 13-də isə səfərdə keçirəcək.