Yaxşı ki, Pünhan var!

17 Aprel 01:00 Milli komanda 255
Yaxşı ki, Pünhan var!

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.

Millimizin start heyəti: 12. Nurəziz Əzizov, 4. Rəşad Gülüşov (k), 15. Uğur Qurbanlı, 20. Kamil Həsənov, 2. İsmayıl Səfərli, 19. Amin Rzayev, 17. Allahverdi Şirinov, 13. Nihad Hüseynzadə, 14. Onur Əliyev, 16. Ramin Abıyev, 11. Pünhan Kərimov.

Millimiz turnir çərçivəsində son matçını aprelin 19-da, Bakı vaxtı ilə saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!