“Qarabağ”ın baş məşqçisinin yeni iş yeri bilindi - SON DƏQİQƏ

10:40 Milli komanda 2 110
“Qarabağ”ın baş məşqçisinin yeni iş yeri bilindi - SON DƏQİQƏ

21 yaşadək futbolçulardan ibarət yığmanın məşqçilər korpusuna yeni ad əlavə olunub.

Martda millinin sükanı arxasına keçmiş Ayxan Abbasov özünə köməkçi götürüb.

O, Cavad Mirzəyevi U-21-ə dəvət edib. Bağlanan müqavilənin müddəti 2 ildir. Adıçəkilən mütəxəssis iyundan etibarən görəvinin icrasına başlayacaq.

Mirzəyev uzun illərdir «Qarabağ»da çalışır. Hazırda da burada əvəzedici heyətin çalışdırıcısıdır. Millidən gələn dəvətdən sonra klub rəhbərliyi ilə görüşərək, iş yerinin dəyişdirilməsinə razılıq alıb.

«Qarabağ-2» hazırda liqada dördüncü yer tutur. 30 tura 50 xal toplayan «köhlən atlar»ın gəncləri lider «Neftçi-2»dən 9 xal geri qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti