“Milli bizi sevindirmədi, oyundan və nəticələrdən razı deyilik”

12 Aprel 08:40 Milli komanda 200
“Milli bizi sevindirmədi, oyundan və nəticələrdən razı deyilik”

AFFA prezidenti Rövşən Nəcəf milli komanda haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, yığmanın nəticələrindən razı qalmadıqlarını bildirib:

"2025/2026 mövsümündən Premyer Liqada legioner limiti ləğv olunacaq. Bir çox ölkələrdə müxtəlif illərdə fərqli qərarlar görmüşük.

İnanırıq ki, limitin ləğvi Premyer Liqanı və I Liqanı gücləndirəcək. Təəssüf ki, A milli son nəticələrlə bizi sevindirmədi.

Millinin oyunundan və nəticələrdən razı deyilik. Santuşla görüşmüşük və narazılıqlarımızı ona çatdırmışıq.

Millinin qarşıdakı matçlarda yaxşı nəticə qazanacağına inanırıq. Amma AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişməz olaraq qalır.

Azərbaycan futbolu məsuliyyəti və çətin dönəmə qədəm qoyur. Strategiyanın futbolumuzun inkişafına kömək olacağına inanırıq.

AFFA və futbol ailəsinin üzvləri ilə birlikdə böyük uğurlar əldə edə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"