
“Mahir Emreli haqda daha detallı məlumatı “Konyaspor”da oynayarkən əldə etmişdim.
O dönəm komandanın idman direktoru dostum idi. Yəni, nə çatışmazlıqları var, ətraflı bilirəm.
Təbii ki, legioner həyatı yaşayan futbolçuların sayının azlığı, onların da heç də arzuolunan səviyyədə olmaması millinin oyununda da hiss edilir.
Saçımız ağardı, uşaqlarımız böyüyüb universitetə daxil olacaq yaşa çatdı, ancaq millimiz düzəlmir ki, düzəlmir”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Saytımızın “youtube” layihəsi “Futbol manşet” verilişində millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi II Bundesliqa təmsilçisi “Nurnberq” haqda da danışılıb.
Forvardımızın əsas heyətə düşməkdə çətinlik çəkməsinin səbəbləri haqda şərhlər verilib, Emrelinin futbolçu keyfiyyətinin yaratdığı çətinliklər müzakirə edilib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN