
Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının (KONKAKAF) yeni reytinqi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, siyahıya Meksika millisi başçılıq edir.
Ötən ayın sonlarında Sumqayıtda Azərbaycan millisi üzərində 3:0 hesablı qələbə qazanan Haiti yığması xal ehtiyatını artırıb.
Bu qalibiyyət haitililərin xal sayını 1481-ə çatdırmasına yol açıb. Nəticədə Haiti millisi KONKAKAF reytinqində 8-ci pillədə qərarlaşıb.
Haiti millisi Karib Hövzəsi zonasında isə Yamaykadan sonra ikinci sıradadır.
KONKAKAF reytinqində ilk “10-luq”:
1. Meksika – 1946 xal
2. Kanada – 1837
3. Panama – 1778
4. ABŞ – 1712
5. Kosta Rika – 1668
6. Yamayka – 1552
7. Honduras – 1534
8. Haiti – 1481
9. Qvatemala – 1377
10. Trinidad Tobaqo – 1360