
Rusiya mətbuatında Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş haqda maraqlı yazı dərc olunub.
Sportinfo.az həmin yazını təqdim edir:
Son illərdə məşhur məşqçi Fernandu Santuşu unudmaq çox asan olub. 2019-cu ildəki tarixi Avropa çempionatı və Millətlər Liqasındakı çempionluqdan sonra onun karyerası yumuşaq desək, qarışıq bir şəkildə inkişaf edib.
Onu xatırlamağa kömək edən isə “guruldayan başlıqlar” oldu: Portuqaliya milli komandasının sabiq baş məşqçisi Azərbaycan yığması ilə məğlubiyyətlərə uğrayır – hətta alçaldıcı rekordlarla.
Santuş Portuqaliya yığmasından heç də yaxşı getmədi: o, Qətərdəki dünya çempionatının pley-off matçlarına Kriştiano Ronaldonu buraxmamaq qərarını verdi və Mərakeşə qarşı 1/4 final matçında məğlub olaraq, turnirə erkən vida etdi.
Afrikalılara 0:1 hesabı ilə alınan sarsıdıcı zərbə baş məşqçini istefaya göndərdi. O vaxtlar ona çoxu – bəlkə də, hamı – hücum etdi. Ən sərt şəkildə isə Kriştiano Ronaldonun bacısı. “Adamı öldürdülər.
Millini öldürdülər. Bütün milləti öldürdülər. Fernandu Santuş, getmək vaxtıdır” – Elma sosial şəbəkədə yazırdı.

Portuqaliyadan sonra Santuş tez bir zamanda Polşa yığması ilə əlaqə qurdu; 2023-cü ilin yanvarında bu ölkənin millisinin baş məşqçisi oldu (xatırladaq ki, dünya çempionatı 2022-ci ilin dekabrında başa çatdı). Lakin Fernandu orada uzun müddət qalmadı – o, eyni ilin payızında istefa verdi. Çünki komanda Avropa çempionatının seçmə mərhələsində 5 oyunun 3-də məğlub oldu və Albaniya, Çexiya, Moldova, Farer Adaları ilə eyni qrupda sonuncudan əvvəlki yeri tutdu.
Demək olar ki, 15 ildən sonra Santuş yenidən klubla işləməyə başladı – 2010-cu ildə o, PAOK-da çalışmışdı, 2024-cü ildə isə “Beşiktaş”ın başına keçdi. Amma portuqaliyalı mütəxəssis orada da uzun müddət qalmaqda çətinlik çəkdi, 3 ay sonra qovuldu. Bu, altı ay ərzində ikinci qovulma idi. Ancaq belə bir vəziyyətdə Azərbaycan milli komandasında onu böyük məmnuniyyətlə qəbul etdilər.

Santuş 2024-cü ilin yayında, Türkiyədən getdikdən altı ay sonra Azərbaycan milli komandasının baş məşqçisi təyin olundu. Onun qarşısında böyük hədəflər dayandı: 2028-ci il Avropa çempionatı üçün uğurlu seçmə mərhələ keçmək.
Azərbaycan milli komandasının son səkkiz oyunu belə nəticələnib:
0:2 Belarusa qarşı
0:3 Haitiyə qarşı
6:0 İsveçə qarşı
0:0 Estoniyaya qarşı
1:3 Slovakiyaya qarşı
3:1 Estoniyaya qarşı
2:0 Slovakiyaya qarşı
1:3 İsveçə qarşı
Ümumi nəticə: 3 qol və 22 (!) buraxılmış top. Belə nəticələrlə Santuşun yazın sonuna qədər Azərbaycanda qalması çətin görünür. İsveç və Slovakiyaya məğlubiyyətləri müəyyən dərəcədə səviyyə fərqinə bağlamaq olar, amma xüsusən də, Haitiyə 0:3-lük məğlubiyyəti izah etmək çox çətindir.
Bu nəticələr son 30 ildə Azərbaycan milli komandasının baş məşqçiləri üçün ən pis göstəricidir.
Santuşun isə tarixə belə düşməyi yəqin ki, onun arzusu deyildi…