“Futbolçularımız əylənmək üçün oynadılar” - Buradan gedən baş məşqçi

2 Aprel 01:20 Milli komanda 387
“Futbolçularımız əylənmək üçün oynadılar” - Buradan gedən baş məşqçi

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Azərbaycan və Belarus milliləri arasında keçirilən yoldaşlıq görüşünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, belaruslu mütəxəssis doğma komandalarının parlaq oyun ortaya qoyduqlarını düşünür.

O, Azərbaycan millisinin enişdə olduğunu sözlərinə əlavə edib:

“Hazırda Azərbaycan millisində böhran yaşanır. Bu, oyunda özünü büruzə verirdi.

Amma bununla komandamızın uğurunu kiçiltmirəm. Çoxlu qollar, şanslar oldu, əvəzetmələr yerində edildi.

Yəni çoxşaxəli oyun oldu. Futbolçularımız əylənmək üçün oynadılar, bir az da həyəcan qatdılar.

Bu cür matçlarda kimisə fərqləndirmək çətindir. Çoxlu qol vəziyyəti yaratmaq hücum xəttinin yaxşı olduğunu göstərir.

Tacikistan və Azərbaycanı səfərdə qol buraxmadan məğlub etdik. Bu, çox gözəldir”.

Baqa millimizlə görüşün DÇ-2026-nın seçmə mərhələ öncəsi onlar üçün müsbət məqamlar ortaya çıxaracağını düşünür:

“Razıyam ki, bu matçlar ən güclü rəqabət səviyyəsi deyil. Yenə də yaxşıları deməli, sevinməli və özümüzə baxmalıyıq.

Çox müsbət cəhətlər var. Baş məşqçi seçmə mərhələ öncəsi qrupumuzu nəzərə alaraq, nəyin düzəldilməli olduğunu bildirəcək.

Çünki Danimarka millisi istənilən səhvi cəzalandıracaq gücdədir. Tacikistan və Azərbaycanla görüşlər çoxlu tədris materialı təqdim etdi”.

“Bank Respublika Arena”da keçirilən oyunda Belarus yığması Azərbaycan millisini 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Aprel 11:00 Harada qaldın sən..?