QORXUTDU! Pis günlər qurtardı, daha pis günlər başlayır… VİDEO

31 Mart 22:30 Milli komanda 318
QORXUTDU! Pis günlər qurtardı, daha pis günlər başlayır… VİDEO

"Seçmə mərhələdə bu məğlubiyyətlərin ardı gələcək".

Bu proqnoz ATV kanalında yayımlanan "Futbolumuz" verlişində səsləndirilib.

Proqrama qonaq olan sportal.az-ın əməkdaşı Mirbağırağa Cəfərli millimizi gözləyən təhlükəyə diqqət çəkib.

O, komandamızın sentyabrda başlayacağı dünya çempionatının seçmə mərhələ oyunlarında böyük uğursuzluq yaşayacağını bildirib.

Qeyd edib ki, yığmamızın Fransa, Ukrayna və İslandiyanın yer alduğu qrupda heç bir şansı yoxdur, çünki Fernandu Santuşun formalaşdırdığı heyətin nə gündə olması Millətlər Liqasında üzə çıxıb.

Belə ki, kollektiv V Divizionuna yuvarlanaraq, tarixinin ən pis göstəricisinə imza atıb, digər tərəfdən, Haiti və Belarusla son yoxlama görüşləri olan-qalan bütün ümidləri «dəfn edib».

Cəfərlinin sözlərinə görə, millinin sərgilədiyi oyun bizi daha pis günlərə sürükləyir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti