Bu da növbəti yalançıdır: Vəd verir, sonra… VİDEO

30 Mart 16:30 Milli komanda 356
Bu da növbəti yalançıdır: Vəd verir, sonra… VİDEO

“Millimiz adlı-sanlı məşqçi ideyasının əsirinə çevrilib”.

Bu fikirlər ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində səsləndirilib.

Aparıcı Ceyhun Rzayevin AFFA-nın uzun illərdir xarici mütəxəssislərlə əməkdaşlıq etdiyini xatırladıb, bu strategiyanın komandaya uğur gətirmədiyini bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin yayında sükan arxasına gətirilən Fernandu Santuş da federasiyanın ümidlərini doğrultmayır.

Portuqaliyalı çalışdırıcının təqdimat mərasimində səsləndirdiyi “mən bura böyük layihənin bir parçası olmaq üçün gəlmişəm“ açıqlamasını yada salan verliş iştirakçıları qeyd edib ki, bu deyilənlər, sadəcə, blefdir və həqiqətlə uzlaşmır.

70 yaşlı sabiq “Beşiktaş“lının təyinatından sonra millinin nəticələrinin daha da pisləşməsi vurğulanıb, əcnəbi məşqçi ideyasının kökündən yanlış olduğu diqqətə çatdırılıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO