Millimiz belə BİABIRÇILIĞa öyrəşib - Ən acınacaqlı 5 start

30 Mart 02:10 Milli komanda 323
Millimiz belə BİABIRÇILIĞa öyrəşib - Ən acınacaqlı 5 start

Millimiz 2025-ci ili iki quru hesablı məğlubiyyətlə başladı.

Sportinfo.az xəbər verir ki, yığmamız dəfələrlə belə halla üzləşib.

Fernandu Santuşun yetirmələri yoldaşlıq oyunlarında Haitiyə 0:3, Belarusa 0:2 hesabı ilə uduzdu. Əvvəlki illər baxsaq, bu, heç də ilk fiasko deyil.

Azarkeşlərimizin millinin yarandığı vaxtdan uğursuzluqlara, o cümlədən bərbad startlara öyrəşməli olub. Əsası 1992-ci ildə qoyulan komanda həmin il cəmi 1 matça çıxıb. Sonrakı 33 ildə isə start fərqli, əksər hallarda uğursuz olub.

Millimiz tarixində 11-ci dəfə ilin ilk 2 oyununda məğlubiyyətləri sıralayıb. Bu, 33 illik dövrün 1/3 hissəsi deməkdir. Son illərdə isə belə start adiləşib.

Təsəvvür edin ki, son 5 ildə - XXI əsrin üçüncü onilliyində 4 dəfə iki məğlubiyyət yaşanıb. Yeganə istisna ötən il yaşandı ki, buna görə də “FİFA Series”in keçirilməsinə minnətdar olmaq lazımdır.

Yığmamız tarixində 8-ci dəfə ilə iki oyundakı qol həsrəti ilə başladı. Sonuncu belə hadisə yaxın 2022-ci ildə yaşanıb. İlk iki matçda qol vurmamağımız XXI əsrdə 7-ci dəfə qeydəə alınıb.

Komandamız 5-ci dəfə ilə iki quru hesablı məğlubiyyətlə başlayıb. Əvvəllər 4 təqvim ilinin ilk matçlarında qol vurmadan məğlubiyyətlər alınıb. 2000, 2002, 2005 və 2022-ci illər belə uğursuzluqla yadda qalıb.

2025-ci il ümumilikdə də 5 ən bərbad startdan biridir. Cəmi iki il əvvəl millimiz uduzduğu 2 görüşü 1-9-luq top fərqi ilə bitirib. Bu, tarixin ən pis başlanğıcıdır.

2004-cü ildə bu rəqəmlər 1-8, 1995-ci ildə 2-8 olub. 2011-ci ilə iki məğlubiyyətlə başlayan yığmanın top fərqi indiki kimi “-5”lə ifadə edilib – 1:6 (idman.biz).

il

q

h

m

t/f

x

1993

2

0

0

3-0

6

1994

0

0

2

1-7

0

1995

0

0

2

2-8

0

1996

1

1

0

2-0

4

1997

1

0

1

3-2

3

1998

2

0

0

3-1

6

1999

0

1

1

2-9

1

2000

0

0

2

0-4

0

2001

1

0

1

2-2

3

2002

0

0

2

0-4

0

2003

0

1

1

2-6

1

2004

0

0

2

1-8

0

2005

0

0

2

0-3

0

2006

0

2

0

1-1

2

2007

1

1

0

1-0

4

2008

0

1

1

0-1

1

2009

0

2

0

2-2

2

2010

2

0

0

4-1

6

2011

0

0

2

1-6

0

2012

1

1

0

5-2

4

2013

1

1

0

1-0

4

2014

1

0

1

1-2

3

2015

1

0

1

3-4

3

2016

0

1

1

0-1

1

2017

1

0

1

3-5

3

2018

0

1

1

0-1

1

2019

0

1

1

1-2

1

2020

1

0

1

2-2

3

2021

0

0

2

1-3

0

2022

0

0

2

0-2

0

2023

0

0

2

1-9

0

2024

1

1

0

2-1

4

2025

0

0

2

0-5

0

Xallar şərti olaraq göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO