
Martda 2025-ci il futbol mövsümünə start verən Avropa milli komandalarından yalnız beşi bu oyunlarda rəqib qapılarına yol tapa bilməyib.
Sportinfo.az xəbər verir ki, onların arasında keçirdiyi hər iki matçda məğlub olan və vurulan/buraxılan toplara görə ümumi 0:5 göstəricisinə malik Azərbaycan yığması da var.
İlə qolsuz başlayan digər komandalar Andorra (0-4), Lixtenşteyn (0-5), Malta (0-3) və hətta Slovakiyadır (0-1).
Ötən ilə də nəzər salsaq, Lixtenşteyn və Slovakiyanın qolsuz seriyası elə 2 oyuna bərabərdir. Malta son 3 qarşılaşmada fərqlənməyib.
Yalnız Azərbaycan və Andorra milliləri 4 oyundur rəqib qapılarına yol tapa bilmirlər. Hər iki komanda sonuncu dəfə 2024-cü ilin oktyabrında qol vurub.