.jpg)
"Santuşla hər çatana uduzuruq".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, Fernandu Santuşun rəhbərliyi altında Haiti və Belarusa yoxlama görüşlərində məğlub olan millimizin durumunu dəyərləndirib.
ATV kanalında yayımlanan "Futbolumuz" verlişində bu haqda danışan tanınmış teleşərhçi portuqaliyalı baş məşqçinin komadamızı uğursuzluğun dibinə sürüklədiyini bildirib.
Onun fikrincə, hazırkı məqamda yığmanın əcnəbi mütəxəssisə tapşırılması səhv yanaşmadır, çünki ölkəmizdə kifayət qədər məşqçi var.
Abbasov misal olaraq Ağasəlim Mircavadov, Tərlan Əhmədov və Adil Şükürovun adını çəkib.
Ekspertin dediyinə görə, millini Millətlər Liqasının D Divizionuna yuvarladan Santuşa bundan sonra heç bir ümid bəsləməyə dəyməz, yoxsa bütün hallarda zərbə ölkənin əsas komandasına dəyəcək.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN