"Santuşdan heç kim soruşmur ki..."

31 Mart 21:40 Milli komanda 605
"Santuşdan heç kim soruşmur ki..."

Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov Sportinfo.az-a açıqlama verib.

Təcrübəli futbol adamı yığma komandanın baş məşqçisi Fernandu Santuşun tək qaldığını, yanındakıların bir işə yaramadığını dilə gətirib:

"Neftçi"də Roberto Bordinlə çalışmışam. İş əsnasında ola bilər ki, baş məşqçi nəyisə görməsin. Və başlayır səhv etməyə. Belədə sən oturub onunla müzakirə edirsən.

Santuş heyət buraxır, ondan heç kim soruşmur ki, Mert Çəlikin sağ cinahda nə potensialı var? Hər dəfə cərimə meydançasına çatanda nə edəcəyini bilmir. Keyfiyyəti imkan vermir. "Beşli" müdafiənin mərkəzində çıxış edə bilər, amma cinahda yox. Santuşa deməlidirlər ki, onu sağda oynatmaq olmaz.

Mən kiminlə işləmişəmsə sözümü demişəm. Eləməsini tələb etməmişəm, amma məsləhət vermişəm. Baş məşqçinin etdiyi səhvi üzünə demək lazımdır. Uğur qazanmaq üçün müzakirə mütləq olmalıdır. Baş məşqçinin qara dediyini ağa dəyişənə kimi danışmalısan. Onda iş gedəcək, nəticə olacaq.

Santuş dediyi hər şeylə ətrafı razılaşsa, onda effekti olmayacaq. Yanındakılar ancaq inventar daşımaq üçün deyil axı. Niyə köməkçi məşqçi deyilir? Kömək etməlidir də. Görsənən odur ki, Santuş qara dedisə qara da olmalıdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti