"Biz azərbaycanlılardan o qədər də üstün deyilik"

28 Mart 23:20 Milli komanda 384
"Biz azərbaycanlılardan o qədər də üstün deyilik"

Belarus yığmasının sabiq baş məşqçisi Yuri Pintus komandanın Azərbaycan millisinə qarşı keçirdiyi yoldaşlıq görüşünə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssis doğma yığmalarının hər kəsi təəccübləndirdiyini düşünür.

O, Belarus millisinin bu dəfə fərqli taktikada oynadığını vurğulayıb:

“Millimizin baş məşqçisi əvvəllər qapalı oyuna görə tənqid olunurdu. Komanda müdafiədə oturub, möcüzə anına ümid bəsləyirdi.

Əsas məqsəd qol buraxmamaq idi. Ancaq Tacikistan və Azərbaycan önündəki performansa görə, həm Karlos Alosa, həm də futbolçulara alqış düşür.

Bərabər səviyyəli rəqiblərlə yoldaşlıq oyunları keçirdik. Taciklər bəlkə də bir az zəifdirlər.

Ancaq Azərbaycan millisi bizdən heç də geri qalmır. Buna baxmayaraq, onlara səfərdə qalib gəldik.

Biz azərbaycanlılardan o qədər də üstün deyilik. Bunun fonunda belə uğura sevinməliyik”.

“Bank Respublika Arena”da keçirilən oyunda millimiz Belarusa 0:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti