
Belarus yığmasının hücumçusu Vitali Lisakoviç Azərbaycan millisinə qarşı keçirilən yoldaşlıq görüşünü dəyərləndirib.
Spotinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan matçda 90 dəqiqə meydanda olan 27 yaşlı forvard qələbəyə sevindiyini söyləyib.
O, daha çox qol vurmaq imkanına malik olduqlarını sözlərinə əlavə edib:
“Qələbə münasibətilə ölkəmi təbrik edirəm. Baş məşqçi bizi matça yaxşı hazırladı.
Nəticədə üstün oyun göstərdik. Komandamın çıxışından hədsiz həzz aldım.
Düşünürəm ki, getdikcə bizim üçün hər şey yaxşı olacaq. Hamı xoşbəxtdir, hamı razıdır.
Həm Tacikistan, həm də Azərbaycan üzərində inamlı qələbə qazandıq.
Azərbaycanla matçda daha çox qol vura bilərdik. Əsas odur ki, qalib gəlməyi bacardıq”.
Belarus yığması yoldaşlıq görüşündə Tacikistanı 5, Azərbaycanı isə 2 cavabsız qolla üstələyib.