Azərbaycanın bir nömrəli komandasından AYRILACAQ XƏBƏRİ - Türkiyə KİV-də

28 Mart 14:25 Milli komanda 2 143
Azərbaycanın bir nömrəli komandasından AYRILACAQ XƏBƏRİ - Türkiyə KİV-də

Fernando Santuşun Azərbaycan yığmasındakı nəticələri Türkiyə mətbuatının diqqət mərkəzindədir.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ölkəmizə gəlməzdən əvvəl qısa müddət "Beşiktaş"da işləyib.

AVRO-2016-da və UEFA Millət Liqası-2019-d qazanılan qələbələrə baxmayaraq, Santuşun millimizdəki nəticələri ürkaçan deyil.

Komanda doqquz oyunun 8-də uduzub, yalnız 1-də heç-heçə oynaya bilib. Azərbaycan milli bu görüşlərdə cəmi 3 dəfə fərqlənib və öz qapısından 22 top buraxıb.

Məşqçinin seçimləri tənqid olunur, hücumdakı "dişsizlik" və müdafiədəki boşluqlar diqqəti çəkir.

Türkiyəli jurnalistlər Santuşun rəhbərliyi ilə əldə olunan uğursuz nəticələrdən sonra portuqaliyalı mütəxəssisin istefasının gündəmə gəldiyini bildiriblər.

Sosial şəbəkələrdə bu məsələnin fəal müzakirə olunduğu vurğulanıb. Onun yığmamıza uğursuzluq gətirdiyi yazılıb.

Fernando Santuş ötən ilin yayından Azərbaycan yığmasın başçılıq edir. Buna kimi, o, həmin ilin yanvar-aprel aylarında "Beşiktaş"da işləyib və uğursuz nəticələrdən sonra istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti