"O, mənim gözümdən düşüb, millimizi bundan da pis günlər gözləyir" - VIDEO

28 Mart 14:00 Milli komanda 1 019
"O, mənim gözümdən düşüb, millimizi bundan da pis günlər gözləyir" - VIDEO

"Millimizi bundan da pis günlər gözləyir".

Bu iddia futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində yığmamızın baş məşqçisi Fernandu Santuşun başının üstünü alan təhlükəni açıqlayıb.

Bildirib ki, növbəti mövsümdən Premyer Liqada legioner limiti ləğv olunacaq, bu isə ölkənin bir nömrəli komandasının çalışdırıcısının seçim imkanlarını məhdudlaşdıracaq.

Tanınmış teleşərhçi deyib ki, əcnəbilərə qoyulan qadağa götürüləndən sonra klubların yerli oyunçulara maraq və diqqəti azalacaq.

O, portuqaliyalı sükançının bu baxımdan DÇ-2026-nın seçmə mərhələsi öncəsi böyük problemlər yaşayacağını, qrup mərhələsində uğursuzluğa düçar olacağını söyləyib.

Abbasov etiraf edib ki, Santuş artıq onun gözündən düşüb, səbəbini isə limitlə bağlı müzakirələrə barmaqarası yanaşmasıyla əlaqələndirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti