Zimbabve də bizi keçir

28 Mart 02:50 Milli komanda 291
Zimbabve də bizi keçir

Milli komandaların martın 25-də keçirilən oyunlarından sonra canlı FİFA reytinqində yerdəyişmələr baş verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin də indiki an üçün mövqeyi bəlli olub.

Yığmamız hazırda dünyanın 119-cusudur. Komandamızın hesabında 1152,78 xal var.

Fernandu Santuşun yetirmələri FİFA-nın son cədvəlindəki mövqeyini daha 1 pillə pisləşdirib.

Yoldaşlıq görüşündə Haitiyə 0:3 hesablı ev məğlubiyyətindən sonra 117-ci yerdən 118-ciyə yuvarlanan komanda Belarusa 0:2 hesabı ilə uduzmaqla daha bir addım geriləyib.

Əgər martın 22-dəki xal itkisi 3,79 olmuşdusa, bu dəfə 2,13 xal itirilib. Bir sözlə, millimiz iki matçda 5,92 xalla vidalaşıb. Nəticədə Liviyanın ardınca Zimbabve də yığmamızı arxada qoyub.

FİFA-nın rəsmi reytinq siyahısı aprelin 3-də açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Mart 11:30 İstədiyiniz nədir?