“Bakıda düşünürdülər ki, Belarusa da qalib gələ bilmirsizsə, kimə qalib gələcəksiz?”

27 Mart 11:55 Milli komanda 525
“Bakıda düşünürdülər ki, Belarusa da qalib gələ bilmirsizsə, kimə qalib gələcəksiz?”

Belarus yığmasının müdafiəçisi Pavel Zabelin Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu qələbəyə layiq oyun sərgilədiklərini düşünür.

Matçda hesabı açan Zabelin qolları ikinci hissədə vurmalarına da münasibət bildirib:

“Hər iki hissədə eyni əzmlə mübarizə apardıq. Düşünmürəm ki, birinci hissədə oyunumuz alınmadı.

Düzdür, rəqibin bəzi anlarda təzyiqi olurdu. Müdafiədə xırda səhvlərə yol verdik.

Ancaq bunlar futbolda olan şeylərdir. Buna görə narahat olmağa dəyməz.

Fasilədən sonra isə qolları vurmağa müvəffəq olduq. Yerli azarkeşlərin matçdan sonra komandalarından narazılığı hiss olundu.

Onlar düşünürdülər ki, Belarusa da qalib gələ bilmirsinizsə, kimə qalib gələcəksiniz. Görünür, bizi düzgün dəyərləndirmirdilər”.

"Bank Respublika Arena”da keçirilən görüş millimizin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti