
Qarşıdan DÇ-2026-nın seçmə mərhələsi var.
Beş-altı aya o da başlamalıdır.
İslandiya ilə başlayıb, Fransa ilə qurtaracağıq.
Santuş qalacaqsa, bədgümanıq. Əsl rüsvayçılıq bax onda olacaq!
Qrupda sonuncu yeri tutacağıq. 1 xal toplasaq, sensasiya etmiş sayılacağıq.
Komanda daxilində qruplaşma(lar) yoxdur. Hamı həmfikirdir - Santuş bu «mətbəx»ə yaramır.
Keçdiyi məşqlərin səviyyəsindən çox, futbolçulara yanaşması, taktiki baxışları, fikirlərini tez-tez dəyişməsi ilə.
Bir sözlə, o, millidə bir kimsənin rəğbətini qazanmayıb.
Futbolçular Santuşun çəkdiyi siqaretin markasını onun tüstüsündən tanyıa bilib, amma nə cür futbol oynatmaq istədiyini hələ də anlaya bilməyiblər.
10 aydır burada olan portuqaliyalı hər dəfə onlara bir taktiki gedişdən bəhs edir, icrasını istəyir, sonra da «bacarmadız» deyir.
Milli eksperment yeri deyil, o isə buranı hansısa loborotoriya ilə səhv salıb. Haiti və Belarusla yoxlama görüşləri dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyırsa,
Santuş komandanın «onurğa sütunu»nu artıq formalaşdırmalıdır.
Fəqət, baş məşqçi Millətlər Liqasının ilk oyunundan bu tərəfə start «11-liy»ini fərqli adlar üzərindən qurur, başqa-başqa taktikaları sınaqdan keçirir.
KAMİL