
İki futbolçu Azərbaycan millisinin heyətində debüt edib.
Sportinfo.az xəbər verir ki, bu, Belarusla yoldaşlıq oyununda baş verib.
Baş məşqçi Fernandu Santuş Mert Çelik və Şahin Şahniyarova start heyətində yer verib. Bununla da milli tarixində meydana çıxan futbolçuların sayı 275-ə çatıb.
Haiti ilə martın 22-də keçirilən qarşılaşmada da üç debüt gerçəkləşmişdi. Həmin matçda Xəyal Əliyev, Rəhman Daşdəmirov və Səbuhi Abdullazadə şans qazanmışdılar.
Yığmanın heyətinə çağırılan debütantlardan qapıçılar Aydın Bayramov və Əlirza Müştəbazadə, həmçinin Ağadadaş Salyanski isə meydana çıxmayıblar.
Belarusa 0:2 hesabı ilə uduzan millimiz Haitidən daha çox – 3 cavabsız top buraxmışdı.