“Nə desələr, haqlıdırlar - Məsuliyyət tamamilə bizdədir”

27 Mart 01:20 Milli komanda 256
“Nə desələr, haqlıdırlar - Məsuliyyət tamamilə bizdədir”

Azərbaycan millisinin vingeri Ozancan Kökçü Belarusa qarşı keçirilmiş yoldaşlıq görüşü (0:2) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, komandamızın məğlubiyyətinə görə üzüldüyünü deyib:

"Təəssüflər olsun ki, yenə də azarkeşlərimizi sevindirə bilmədik. İnanın ki, azarkeşlərimizi sevindirmək niyyətində idik, amma bu, baş vermədi.

Heç birimiz uduzmaq istəmirik. Məsuliyyət tamamilə bizdədir.

Həm mən, həm də kollektiv olaraq bunun fərqindəyik. Azarkeşlərimiz nə desə, haqlıdır.

Lakin artıq 100 faizdən də artığını etməliyik. Artıq xalqımızı sevindirməliyik.

Bu bizə borc oldu. Əlbəttə ki, bunu da edəcəyik.

Düzü, Belarusa qarşı yaxşı futbol oynadığımızı düşünürəm. Əlimizdən gələni etdik. Təəssüf ki, alınmadı".

Kökçü, DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərinə də toxunub:

"Düzü, qrupdakı bütün rəqiblər bizdən güclüdür. Amma bu o demək deyil ki, biz əlimizi aşağı salacağıq.

Hər bir oyuna hazırlaşacağıq və bütün görüşlərdə də ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
29 Mart 03:50 "Neftçi" kimə uduzdu?