"O gələn kimi milli komandada fərqi hiss etdik"

11 Aprel 20:20 Milli komanda 2 147
"O gələn kimi milli komandada fərqi hiss etdik"

Ayxan Abbasovun gənclər millisində siftəsi uğurlu oldu.

Türkiyədə toplanışda olan U-21 öncə Moldovanı məğlub etdi (2:0), ardınca daha güclü Şimali Makedoniyadan olan həmyaşıdları ilə qolsuz bərabərliyə razılaşdı.

Təcrübəli mütəxəssis təxminən 1,5 ildən sonra bu yaş qrupuna qələbə qazandırmaqla bərabər, uğurlu seriya da yaxalamaq şansı yaratdı.

Xüsusilə milli ruh, meydanda son ana kimi aparılan mübarizə alqışalayiqdir.

Həm də "Şamaxı"nın baş məşqçisi olan çalışdırıcının qısa müddətdə nəzərəçarpan dəyişikliklərə nail olması azarkeşlərin də diqqətindən yan keçməyib.

Bunu sosial şəbəkələrdə yazılan rəylərdən aydın görmək mümkündür:

"Ayxan Abbasovla uğurlu start. Davamı gəlsin".

"Ayxan müəllimə halal olsun. Onun işinə baxıb, təsəlli tapırıq. Əsas milli bütün əsəblərimizi pozub".

"Yavaş-yavaş U-21 millisinə ümid artır".

"Uğurlar, uşaqlar". Əlasınız!".

"Ayxan Abbasov gələn kimi fərqi hiss etdik".

"Vətənə qürurla qayıdırlar".

"Sizə halal olsun".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"