AFFA-nın millinin baş məşqçisi ilə vidalaşmaq fikri varmı?

26 Mart 09:50 Milli komanda 5 152
AFFA-nın millinin baş məşqçisi ilə vidalaşmaq fikri varmı?

AFFA rəhbərliyi Fernandu Santuşdan hesabat tələb edib.

Baş məşqçi Haiti və Belarusla keçirilən yoxlama matçılarının nəticələri ilə bağlı raport hazırlamalıdır.

Bu məqsədlə tərəflər arasında görüş nəzərdə tutulub. Ya bu gün, ya da sabah federasiya binasında bir araya gələcəklər.

Komandamız Sumqayıtda təşkil olunan oyunda haitililərə 0:3 hesabıyla yenilib. Belarus ilə dünən Masazırda düzənlənən qarşılaşma da uğursuzluqla yekuqlaşıb - 0:2.

Federasiyanın səlahiyyətli şəxsləri bu nəticələrdən dolayı bərk narahatdır. Santuşdan hesabat istənilməsi də mövcud vəziyyəti incələmək niyyətindən irəli gəlir.

Santuşun istefası? Hər şey mümkündür, amma... ?0 yaşlı portuqaliyalı baş məşqçi öz xoşuna bu addımı atan deyil.

Dünən mətbuat konfransında ona belə bir sual verilincə, «müqaviləm davam edir» cavabını eşitdik.

Yenə də bütün gözlər Rövşən Nəcəfdədir. Nə desə, o, deyəcək - AFFA-nın prezidenti.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti