xxamilli.jpg)
Millidə vəziyyət nəzarətdən çıxıb.
Bir qarışıqlıq, bir gərginlik yaranıb burada.
AFFA yağışdan çıxıb, yağmura yaxalanıb. Canni De Byazini köhnə rəhbərlik gətirmişdi, elə onlar da göndərdi.
Fernandu Santuş yeni rəhbərliyin seçimidir və indikilərin də borcu bu durumdan çıxış yolu tapmaqdır.
70 yaşlı qocanı necə gətiriblər, qoy, elə də yola salsınlar. Millinin daş-divarı da onun varlığını qəbul eləmir, qaldı futbolçular.
Federasiyanı idarə edənlər, milliyə məsul olan şəxslər təcili, elə bu gün, bu dəqiqə komanda daxilində təhqiqata başlamalıdır. Bu işi sabaha saxlamaq olmaz artıq.
Milli ötən ilin yayından, Santuş görəvə gələndən bəri qələbəyə həsrətdir. Ötən oyunların 99 faizini uduzmuşuq, yalnız bir heç-heçəmiz var.
Milli haradan qələbə qazanacaq, oyun oynamırlar ki… Oynaya bilərlər, bunu bir ara göstəriblər.
Santuşun təyinatından sonra komanda futbol adına hər şeyini itiribsə, AFFA mənsubları futbolçuların hər biriylə ayrı-ayrılıqda görüş keçirməli, səbəblərini öyrənməlidir.
Yəqin onda deyərlər ki, düşərgədə nə(lər) baş verir, kimdən və niyə narazıdırlar.
Yox əgər AFFA rəsmiləri özlərinə əziyyət verib, araşdırma aparmaq niyyətində deyilsə, Santuşa əl vurmasınlar, milli uduza-uduza getsin.
MUSA