Deyəsən, yığmamızın futbolçuları bu dəfə XƏCALƏT ÇƏKDİ... VİDEO

26 Mart 18:35 Milli komanda 1 162
Deyəsən, yığmamızın futbolçuları bu dəfə XƏCALƏT ÇƏKDİ... VİDEO

Azərbaycan millisi dünən yoldaşlıq görüşündə Belarusa məğlub olub.

Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) yığmamızın qapısından keçirib.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.

Komandamızın üzvləri belaruslulara məğlubiyyətdən sonra bir-birlərinin ardınca "aradan çıxıblar".

Media üçün nəzərdə tutulmuş zonanın önündə bir nəfər də ayaq saxlamayıb, sualları cavablandırmayıblar.

Hamısı sanki danışmaqdan utanırmış kimi özlərini göstərib - sakitcə paltardəyişmə otağının yolunu tutublar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti