
“Vallah, biz deməkdən yorulduq, millimiz iuduzmaqdan bezmədi.
Artıq məğlubiyyət komandamızın canına hopub.
Belaruslu futbolçuları dəvət etdik, gəldilər, qozdan-fındıqdan yedilər, meydanda qaçmaqdan betər olmuşdular.
Bu rəzalətə son qoyulmalıdır! Dərhal Fernandu Santuş istefaya göndərilməlidir”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist yoldaşlıq görüşləri çərçivəsində millimizin Masazırda Belarusa 0:2 hesabı ilə uduzduğu qarşılaşmadan danışıb.
Baş məşqçi Fernandu Santuş və futbolçuları ciddi tənqid hədəfinə tutan jurnalist yığmada dərin islahatların labüdlüyünü vurğulayıb.
Portuqaliyalı mütəxəssislə işbirliyinin vaxt itkisi olduğunu deyən E.Cəfərov 1 ildir millidə nəyinsə dəyişmədiyini diqqətə çatdırıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN