
Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi kimi növbəti məğlubiyyətini aldı.
Onun yetirmələri bu dəfə doğma meydanda Belarus yığması ilə bacarmadı - 0:2.
Gözləmək olardı ki, bu qədər biabırçı nəticələrdən sonra portuqaliyalı mütəxəssis getmək barədə düşünər.
İstefasından söz açar, ayrılıq mesajı verər.
Ölkəmizdə olduğu yarım ildə qələbə üzrə həsrət qalan, Haiti, Belarus kimi rəqiblərlə oyunda qol vurmağı belə bacarmayan millinin baş məşqçisinin ikini bir yolu olmamalıdır.
Amma təəssüf ki, biz tam başqa mənzərə ilə rastlaşdıq.
72 yaşlı əcnəbi "Mənim müqaviləm var" cümləsini yüksək tonla səsləndirdi.
Getmək fikrində olmadığından hər kəsi agah etmiş oldu.
Bir növ "istefa" söhbətlərinə nöqtə qoymuş oldu.
Bu isə həm də o deməkdir ki, Azərbaycan millisinin əzab-əziyyəti hələ bir müdət də davam edəcək.
Santuş AFFA rəhbərliyinə iki yol buraxdı - Ya müqavilənin sonuna qədər buradayam, ya da təzminat verməklə məndən canınızı qurtara bilərsiniz.
Tərəflər arasındakı müqavilənin müddəti isə nə az, nə çox 3+1 illik nəzərdə tutulub.
XANOĞLAN İMANOV