“Neftçi”nin hücumçusu lazım deyil? “Millinin qapıları onun üzünə bağlı deyil, sadəcə…”

00:40 Milli komanda 1 141
“Neftçi”nin hücumçusu lazım deyil? “Millinin qapıları onun üzünə bağlı deyil, sadəcə…”

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla qarşılaşıb. Komandamız görüşdən 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Belarus yığmasının baş məşqçisi Karlos Alos jurnalistlərin suallarını cavablandırıb:

- Biz yaxşı oyun oynadıq. Razı qaldım. İlk hissədə qol vurmaq üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik. Qapımızda da epizodlar oldu. Ümumilikdə oyunda diqtə edən tərəf idik. Qalibiyyətə görə şadıq. Növbəti oyunlara hazırlaşacağıq.

- Nəticələri nəzərə almasaq, Tacikistana qarşı oyun çətin keçdi, yoxsa Azərbaycana qarşı?

- Tacikistana qarşı matçdan fərqli idi. Amma bu gün çətin oyun oldu. Azərbaycan yaxşı komandadır. Onlara hörmətlə yanaşırıq. Heyətində yaxşı futbolçular var. İki il əvvəl biz Azərbaycana uduzmuşduq. Tacikistana hörmətlə yanaşırıq. Oradakı oyunu süni örtüklü meydançada keçirmişdik. Bu gün təbii örtüklü meydanda oynadıq. Fərqli matçlar olsa da, bu gün hardasa çətin oldu.

- Azərbaycanda oynayan belaruslu futbolçuları izləyirsiz? "Kəpəz"in kapitanı Yeqor Xvalko...

- Bəli, əlbəttə izləyirik. Daim oynamaq lazımdır. Boqomolskinin hazırda oyun praktikası yoxdur. Amma millinin qapıları onun üzünə bağlı deyil. Sadəcə daim oynamaq lazımdır.

- Özünüz Azərbaycan millisinə başçılıq etsəydiz, səncə hansısa uğur əldə edə bilərdiz? Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya, Ukrayna və Fransa millisi ilə qarşılaşacaq...

- Öz komandamda görəcəyim çox iş var(gülür). Bu suala mən cavab verə bilməyəcəm. Danimarka, Şotlandiya və Yunanıstanı analiz edəcəyik. Öz qrupumuzdur. Bizim də, Azərbaycanın da qrupda şansı var. Öz komandama fokuslanıram. Biz öz komandamıza inanırıq. Belarus və Azərbaycan üçün çətin görünə bilər. Amma inanmaq lazımdır. Əminəm ki, sizin millinin məşqçilər korpusu inanır.

Digər Xəbərlər
Xəbər Lenti